Bakıda ev yaran dəstə tutuldu

Sentyabrın 15-də Sabunçu rayonu ərazisindəki evlərin birindən 5280 manat dəyərində kondisioner, televizor, məişət əşyaları, təmir-tikinti alətləri və 20 kisə sement oğurlanıb.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Daşdəmirov, Q.Məmmədov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıblar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

