Bakıda evdən 20 minlik qızıl oğurlandı

Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, sentyabrın 19-da Nərimanov rayonu ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

