Bakıda evdən 4 min manatlıq qızıl oğurlanıb

Bakıda evdə oğurluq hadisəsi olub.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 30-da rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əbilov saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

