Bakıda evdən oğurluq edən şəxs tutuldu
Bakıda evdə oğurluq hadisəsi baş verib.
Hadisə aprelin 15-i saat 00:15 radələrində paytaxtın Nərimanov rayonu ərazisndə qeydə alınıb.
Belə ki, naməlum şəxs K.İbrahimova məxsus evdən içərisində 100 manat, 800 ABŞ dolları və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurlayıb.
Daha sonra K.İbrahimov “102” Zəng Mərkəzi xidmətinə müraciət edib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü E.Paşayev müəyyən edilərək saxlanılıb.
Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

