Bakıda evlərdən 23 minlik oğurluq edən tutuldu

Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, sentyabrın 17-də Binə qəsəbəsindəki evlərin birindən 7100 manat pul oğurlanıb.
Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun Suraxanı rayonu ərazisindəki iki evdən 1950 manat pul və 13.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

