Bakıda FHN-in yanğınsöndürən maşını qəzaya uğrayıb
Bakıda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşını qəzaya uğrayıb.
“Report” xəbər verir ki, hadisə Fizuli küçəsi ilə Bülbül küçələrinin kəsişməsində, Heydər Əliyev Sarayının qarşısında baş verib.
Hadisəyə səbəb “Wolksfagen Tuareg” markalı avtomobilin anidən yanğınsöndürən maşının qarşısına çıxması olub.
Hadisə zamanı xəsarət alan olmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

