Gələn il “Formula 1” üzrə Azərbaycan Qran-prisi iyunun 7-də keçiriləcək.
Minval.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib.