Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Minval.info “Report”a istinadən xəbər verir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

