Bakıda gənc oğlan metroda özünü qatarın altına atdı
Metronun “Koroğlu” stansiyasında gənc oğlan özünü qatarın altına atıb.
“Minval.info” “Oxu.az”a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.
O bildirib ki, ötən gün sözü gedən stansiyada gənc oğlan qatar yoluna düşüb:
“Dərhal metropolitenin təlimat qaydasına uyğun olaraq yüksək gərginlikdən ayrılıb. Daha sonra sərnişin oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

