Bakıda gənc oğlanın özünü körpüdən atması ilə bağlı cinayət işi başlandı
Bakıda gənc oğlanın intihara cəhd etməsilə bağlı cinayət işi başlanıb.
Trend xəbər verir ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, sentyabrın 17-də, 2000-ci il təvəllüdlü Ələsgərov Orxan Firdovsi oğlu paytaxtın Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyasının yanındakı körpüdən özünü ataraq intihara cəhd edib.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

