Bakıda gərgin anlar: qadın özünü körpüdən atdı – VİDEO
Bakıda səhər saatlarında qadın intihara cəhd edib.
Bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat verib. Hadisə Ziya Bünyadov prospektində baş verib.
Videodan görünür ki, gənc qadın prospektdəki körpüyə qalxaraq, intihara cəhd edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
Onu fikrindən daşındırmaq istəsələr də, qadın özünü körpüdən atıb.
Şahidlərin sözlərinə görə, yolda açılan hava yastığı qadını xilas edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

