Bakıda gecə klubunda qız əcnəbi turistin başına oyun açdı
Bakıda əcnəbinin külli miqdarda pulu oğurlanıb.
Minval.info xəbər verir ki, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb.
Araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

