Bakıda güclü külək hasarı maşının üstünə aşırtdı – Fotolar
Dünəndən bəri əsən güclü külək fəsad törətməyə davam edir.
Minval.info xəbər verir ki, növbəti belə hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
Belə ki, yolun kənarında dayananan avtomobilin üzərinə dəmir hasar, taxta parçaları və ağacın hissələri düşüb. Hadisə nəticəsində maşına maddi ziyan dəyib.
Xatırladaq ki, yerli mediada dünən hava şəraiti ilə əlaqədar 30-dan çox ağacın aşdığı barədə məlumat yayılıb.
Bununla yanaşı, bir neçə nəfər paytaxt sakinin xəsarət alaraq xəstəxanaya çatdırıldığı bildirilir.
S.Mirzə
XƏBƏR LENTİ
2025/11/19 14:22




