Bakıda güclü partlayış – Yaralılar var
Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyi məlumat verib, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


