Bakıda güclü yanğın: bir nəfər öldü
Bakı şəhərinin Xətai rayonunda birmərtəbəli evdə yanğın baş verib.
Minval.info FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

