Bakıda güclü yanğın: 20-dən çox ölü – FOTOLAR
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.
Minval.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.
Yanğın zamanı ölən və yaralıların olduğu bildirilir.
Minval.info-nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində təxminən 25 nəfərədək insan ölüb.
***
Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.
“Minval.info” FHN-nin saytına istinadən məlumat verir ki, Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22






