Bakıda hərbi təyyarə və helikopterlərin uçuşları olub
Azərbaycan ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə parada hazırlıqlarını davam etdirir.
“Report”un məlumatına görə, iyunun 20-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.
Uçuşlar əsasən paradın keçiriləcəyi “Azadlıq” meydanının üzərində olub.
Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

