Bakıda çoxmərtəbəli binada yanğın: “Avtomobillərə ziyan dəydi” – Video, Foto
Dünən gecə saatlarında Bakıda güclü yanğın baş verib.
Minval.info-nun məlumatına görə, hadisə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində, Nizami Nərimanov küçəsində qeydə alınıb.
Yanğın tikilməkdə olan binanın sonuncu mərtəbəsində gecə saatlarında başlayıb.
Şahidlərin sözlərinə görə, binadan tökülən taxta parçaları yaxınlıqda olan avtomobillərə ziyan vurub.
Yanğınla bağlı FHN-nin məlumatında qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 m² sahədə yanıb.
Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


XƏBƏR LENTİ
2025/11/19 14:22


