Bakıda iki avtomobil toqquşub, piyada xəsarət alıb – FOTO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 240 ünvanında qeydə alınıb. Siyavuş Nəsibovun idarə etdiyi BMW markalı avtomobil işıqforun qarşısında “Mercedes” markalı maşınla toqquşub. “Mercedes” zərbənin təsirindən piyada keçidindəki piyadaya dəyib. Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
2025/11/19 14:22

