Bakıda iki qardaş döyülüb
Bakıda döyülmə hadisəsi baş verib.
Minval.info-nun məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1979-cü il təvəllüdlü Cəfərov Soltan Həmid oğlu və qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Bəhruz Həmid oğlu tanıdıqları şəxslər tərəfindən döyülüblər.
Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

