Bakıda ikimərtəbəli ev yanıb
Bakının Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli ev yanıb.
Minval.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 150 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

