Bakıda ingilisi meymun dişlədi
Bakıda ingilis turistin başına iş gəlib.
Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, dünən axşam saatlarında 58 yaşlı İngiltərə vətəndaşı qolunun sol said nahiyəsinin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.
Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar. Xəstəxanada turistin yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır.
Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

