Bakıda işıq dirəyinə çırpılan avtomobil yandı – VİDEO

Bu gün axşam saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo-nun məlumatına görə, Hadisə Bakının Xətai rayonunda baş verib.
Belə ki, Gəncə prospektində “Hyundai” markalı avtomobil işıq dirəyinə çırpılıb.
Qəzadan sonra avtomobil yanmağa başlayıb. Hadisə yerinə FHN-nin Yanğından mühafizə idarəsinin əməkdaşları cəlb edilib. Avtomobilin mühərrik və salon hissəsində yanar konstruksiyalar yanıb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

