Bakıda keçmiş məhkumlar qadına qarşı soyğunçuluq ediblər
Bakıda qadına qarşı soyğunçuluq edilib.
Bu barədə “Minval”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Ağayeva dekabrın 7-də rayon ərazisindəki parkların birində bir nəfərin onun mobil telefonunu və sənədlərini açıq talama yolu ilə oturacağın üzərindən götürüb qaçdığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – E.Mirzəyev və C.Rəşid polis əməkdaşları tərəfindən saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

