Bakıda kirayə qiymətləri niyə artıb? – SƏBƏB

Son zamanlar artmaqda olan kirayə mənzil qiymətləri

Paytaxt Bakının kirayə mənzil bazarında baş verən qiymət artımı son zamanlar nəzərə çarpacaq dərəcədə artıb.

Artım özü ilə bərabər alıcı və kirayəçi qıtlığı probleminə də səbəb olub. Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində 250-300 manat arasında dəyişən orta təmirli mənzilin aylıq kirayə qiyməti artıq 350-400 manat arasında dəyişir.

Qiymət artımı daşınmaz əmlakın satış bazarında da özünü göstərib. Beləki bir müddət əvvəl paytaxtın mərkəzinə yaxın mənzillərdə qiymət aralığı 250-300 min manat arasında olurdusa, son zamanlar bu cür mənzillərdə 20-25 faiz bahalaşma nəzərə çarpır. Minval.info saytının əməkdaşı mövzu ilə bağlı məlumat almaq üçün paytaxtda daşınmaz əmlak satışı və kirayəsi ilə məşğul olan satış ofislərinə üz tutub.

Paytaxtın “Neftçilər” metrostansiyası yaxınlığında daşınmaz əmlak satışı və kirayəsi ilə məşğul olan Əli Salahov problemlə bağlı fikirlərini bizimlə bölüşüb. O, son zamanlar kirayə evlərin hədsiz dərəcədə azaldığını, əksinə, kirayə evlərə olan tələbin isə artdığını deyib. Kirayə mənzillərin azalmasının isə paytaxtda artıq uzun müddəti davam edən söküntü işlərinin səbəb olduğunu qeyd edən mənzillərin satışı üzrə mütəxəssis bu problemin hələ uzun müddət davam edəcəyini vurğulayıb.

Paytaxtın Yasamal rayonu ərazisində daşınmaz əmlak satışı ofisində çalışan Peyman Xəlilov isə problemin səbəblərini tamam başqa faktorlarla əlaqələndirib.

O, kirayə ev qıtlığının səbəbini xaricdə, xüsusilə Rusiyada yaşayan azərbaycanlıların Bakıda olan mənzillərini artıq əvvəlki kimi kirayə verməməsində və əhalinin yeni tikilərdə təklif olunan kirayə qiymətlərini həddindən artıq baha hesab etməsində görür. Həmçinin, tələbələrin bu aylarda təhsil üçün paytaxtda üz tutmasının da qiymətlərə ciddi təsir etdiyini qeyd edən mənzillərin satışı və kirayəsi ilə məşğul olan P.Xəlilov qiymət artımının ən azı il sonuna qədər davam edəcəyini ehtimal edir.

Əldə etdiyimiz məlumatlardan belə qənaətə gəldik ki, kirayə mənzil bazarında davam edən bu qiymət artımı problemi hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq. Paytaxtda son illər daha da intensivləşən söküntü işlərinin qiymət artımına daha da təsir edəcəyi güman edilir. Yeni istifadəyə verilən tikililərin mənzil qiymətlərinin həddindən artıq yüksək olması isə əhali arasında bu tip mənzillərə olan tələbatı olduqca azaldıb. Daşınmaz əmlak kirayəsi ilə bağlı problemin nə vaxta qədər davam edəcəyi hələki cavabsız olaraq qalır.

 

Nazim Hacıyev

Minval.info

 

Sosial

Nəşr edilib: 2019/08/06 14:25

Baxış: 349


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06