Bakıda köşk yandı

Bakıda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan taxta konstruksiyadan ibarət köşk və içərisinə yığılan məişət əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

