Bakıda külək binanın balkonunu uçurub, xəsarət alan var
Bakıda güclü külək nəticəsində balkon uçub.
Minval.info xəbər verir ki, Trend-in məlumatına görə, paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının balkonunda baş vermiş uçqun nəticəsində ərazidən keçən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Şıxəliyeva Diana Xəyal qızı baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə faktı təsdiqləyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

