Bakı-Ələt yolunda güclü külək nəticəsində iki ağır yük maşını aşıb.
Modern.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib. Görüntülərdən görünür ki, aşan yük avtomobilləri arasında az məsafə var.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları da gəlib.
Minval.info