Bakıda külək reklam lövhəsini kişinin üstünə aşırdı

Təhlükəli hava şəraiti nəticəsində bir nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binə ticarət mərkəzində kişinin üstünə reklam lövhəsi aşıb.
“Şəxs müştərək travma alıb. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur”,- deyə nazirlikdən bildirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

