Bakıda məktəbdə dava: Şagird üzündən bıçaqlandı
Paytaxtın Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Report-un xəbərinə görə, hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.
Yaralı “təcili tibbi yardım” maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

