Bakıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Minval.İnfo-nun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açaraq orada 1964-cü il təvəllüdlü Ayıpov Fatik Qasımoviçin meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

