Bakıda mənzildən kişi meyiti tapılıb
Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Abdullayev Qərib Mövlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22


