Bakıda mağazada müştəri ilə müdir arasında dava: “Çəkmişəm, internetə verəcəyəm”

bijuteriya mağazası ile ilgili görsel sonucuBakı şəhər sakini “Alba” mağazası tərəfindən hüquqlarının pozulduğunu və aldadıldığını deyir.

Minval.info bildirir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Belə ki, paytaxt sakini Kəmalə Nağıyevayanın iddiasına görə, sözügedən ticarət obyektinin işçisi və müdiri ona qarşı haqsızlıq edib.

O, hadisənin iyulun 21-də Bakı şəhəri Nizami rayonu Qara Qarayev 70 ünvanında yerləşən “Alba” dükanında baş verdiyini söyləyib:

“Həmin mağazadan qiymətli metal olmayan bujuteriya bəyəndim. Mala baxdıqda boyunbağının qarmaq hissəsinin olmadığını gördüm. İradımı bildirdim, almaqdan imtina etsəm də, satıcı qız israrla tez düzəldəcəyini deyib məni dilə tutdu. Boyunbağıya qarmaq əlavə etdi və iddia etdi ki, bu, elə həmin boyunbağıya aiddir”.

Kəmalə xanım deyir ki, 130 AZN nəğd ödəyib, amma ona kassa çeki verilməyib: “Başqa dükanlara baxdıqda qoyulan qarmağın bu boyunbağıya aid olmadığını və son dərəcə yaraşmadığını müəyyən etdim. Əsl boyunbağının qarmağı sırğasındakı kimi olmalıydı. Mənə məlum oldu ki, qiymətdə ən azı 92 AZN və keyfiyyətdə də aldadılmışam. Əlavə edilmiş qarmaq büjuteriyanın görkəmini pozur və tələbatıma uyğun deyildi”.

K.Nağıyeva bu səbəbdən bujuteriyanı qaytarmaq məqsədi ilə avqustun 2-də dükana gedib: “İstifadə etmədən yarlığı üstündə olmaqla “Alba”ya daxil oldum. İradlarımı bildirib bujuteriyanın qaytarılmasını tələb etdim. Kişi müdir və satıcı birmənalı şəkildə tələbimi inkar etdilər.“Get hara istiyirsən şikayət et” dedilər”.

“Alba” mağazasının müdiri Fuad Xudaverdiyev bununla bağlı minval.info-ya açıqlama verib.

“Həmin məhsulda heç bir deffekt olmayıb. Sadəcə bizə dedi ki, halqa yox, başqa cür istəyir. Müştərinin istəyinə uyğun dəyişiklik etdik. Amma xeyir işi yola verdi, sonra buraya gəlib narazılığını bildirdi. Qaytarmaq istədiyini və ona qarşı fırıldaq etdiyimizi söylədi. Eyni zamanda qiyməti ilə bağlı şikayət etdi. Həmin malı ən ucuz satan bizik. Xanım kobud danışdı, mobil telefonu ilə çəkiliş etdiyini və “Youtube”a yerləşdirəcəyini dedi. Bu zaman ona məhsulu həm qaytarmayacağımı, həm də dəyişməyəcəyimi bildirdim. Normal dildə danışsaydı, başqa model verərdim. Əslində məhsulun üzərində dəyişiklik olunanda, nə dəyişilir, nə də ki qaytarılır”.

Fuad bəy həmçinin məhsulun çekinin Kəmalə xanıma verildiyini, lakin onun götürmədiyini qeyd edib.

Samir Mirzə / Minval.info

Hadisə

Nəşr edilib: 2018/08/02 16:44

Baxış: 1696


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06