Bakıda metroda dava: Saxlanılanlar var

Bakı Metropoliteninin stansiyasında dava olub.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun “Gənclik” stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:
“Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb”.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

