Bakıda meyitdən skelet hazırlayan işçi axtarılır – VİDEO
“Son vaxtlar isə heç kim meyitdən skelet çıxarmaq istəmir”
Minval.İnfo xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinski deyib.
O, bildirib ki, muzeylərdəki eksponatlar da köhnəlib. İndi uşaqlar fərqli anomaliyalarla doğulsalar da, bunu insanlara nümayiş etdirə bilmirlər. Halbuki xəstəliklə mübarizə aparmaq üçün onun mənbəyinin araşdırılması əsas zərurətlərdəndir:
“Hazırda universitetdə skelet hazırlayacaq adamlar lazımdır və biz belə adamları işə dəvət edirik. Bu zaman namizədin tibb təhsilinin olması vacib deyil. Texniki işçi kimi onlar əvvəlcə təcrübə keçəcəklər. Sadə orqanların eksponatından sonra onlara skelet hazırlamaq şəraiti yaradılacaq. İşə götürülən gündən isə bu şəxslərə əməkhaqqı təyin olunacaq. Maaşın məbləği isə sonradan müəyyənləşdiriləcək”
Professor Vaqif Şadlinski Azərbaycanda bu sahəni bilən az sayda mütəxəssisin olduğunu və yeni mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu deyir: “Meyitdən skelet xüsusi incəliklə çıxarılmalıdır. Əks halda toxumalardan ayrılan skeletin anatomiyasına ziyan vurula bilər”.


