Bakıda motosiklet avtomobillə toqquşub, sürücü xəsarət alıb
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Abbasov Cavidan Cahid oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi minik avtomobili ilə toqquşub. Hadisə zamanı C.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

