Bakıda müştəri mağaza sahibinin telefonunu oğurladı

Bakıda mağazadan telefon oğurlanıb.
Minval.info Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Ələkbərov sentyabrın 25-də Moskva prospektində ona məxsus mağazaya gələn bir nəfərin mobil telefonunu götürüb qaçdığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş H.Salahov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi cinayət işi başlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

