Bakıda neft mədənində oğurluğa cəhd olub
Səbail rayonu, 20-ci sahə yaşayış massivində neft mədənində oğurluğa cəhd olub.
Minval.info-nun xəbərinə görə, Mehdiyev Mehdi Sabir oğlu “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) mədən sahəsində 15 ədəd ştanqa və 10 ədəd diametri 73 mm olan metal boruları oğurlayıb “VAZ-2107” markalı nəqliyyat vasitəsinə yükləyərkən neft mədəni ərazilərində təhlükəsizliyi təmin edən mühafizəçilər tərəfindən yaxalanıb.
Daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə saxlanılan şəxsin mədən ərazisindəki evinə baxış keçirilib və orada 41 ədəd “ştanqa”, 1 ədəd quyu nasosu, 20 ədəd “ştanqa”nın doğranıb yığıldığı aşkar olunub.
Ələ keçirilən materiallar “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə, oğurluq edən şəxs isə polis əməkdaşlarına təhvil verilib.



