Bakıda olay: 20 yaşlı qız 52 yaşlı məşuqunu bıçaqladı

Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.
Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib.
Minval.İnfo-nun “Report”a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.
O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib.
Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə batıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

