Bakıda orta məktəbin qarşısından 7000 manatlıq büst oğurlanıb
Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.
DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


