Bakıda oteldə xarici vətəndaş əri tərəfindən döyüldü
“Report”un xəbərinə görə, hadisə fevralın 24-də paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Caspian Sport” otelində qeydə alınıb.
Belə ki, Şri-Lanka vətəndaşı Şahemodi Pilanan birlikdə yaşadığı əri tərəfindən qarnından vurulub. O, qarnın küt travması diaqnozu ilə 1 sayl Şəhər Kliniki Mərkəzə müraciət edib. İlkin tibbi yardım aldıqdan sonra qadın evə buraxılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


