Bakıda oyun zalında oğurluq – Polis bu şəxsi axtarır – VİDEO
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Hadisə oyun zallarından birində baş verib. Videodan da göründüyü kimi gənc oğlan nəzarətsiz qalan kassa stolunun arxasına keçir və oradakı pulqabını oğurlayır.
Bildirilir ki, pulqabının içərisində obyektin pulu olub. Pulun məbləği 550 manat təşkil edib. Hadisə barədə Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinə məlumat verilib.
Polis oğurluq edən şəxsin axtarışlarına başlanılıb. baku.ws
XƏBƏR LENTİ
2025/11/19 14:22

