Bakıda pəncərədən evə girən 25 yaşlı qız tutuldu
Bakıda mənzillərdən oğurluq edən gənc xanım saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olaraq 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.
Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

