Bakıda piyada keçidindən istifadə etməyən qadını avtomobil vurub

Bakının Səbail rayonunda sürət həddi yüksək olan şossedən keçən qadın qəza zamanı ağır xəsarət alıb.
Minval.info xəbər verir ki, qəza Mikayıl Hüseynov prospektində baş verib.
1966-cı il təvəllüdlü Rəcəbova Alidə Şaban qızı yeraltı piyada tunelindən istifadə etməyib. Sürət həddi 80 km/saat olan şossedən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

