Bakıda polis bölməsində hadisə: Saxlanılan şəxs özünü bıçaqladı
Binəqədi polis idarəsində 1 nəfər özünə xəsarət yetirib.
Minval.İnfo “Report”a isinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb.
Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.
Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

