Bakıda qadın bıçaqlanıb
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Minval.info “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Piriyeva Səbinə Valeh qızı kirayə yaşadığı evdə əri ilə mübahisə edib.
Əri ona evə gec gəldiyi üçün iradını bildirib. Mübahisə zəminində S.Piriyeva bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

