Bakıda qadına təcavüz edənlərə iş kəsildi – 37 il…

Bakıda qətl törətməkdə ittiham edilən şəxslərə hökm oxunub.

Minval.İnfo Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Dmitri Razumnı və Samir Zeynikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Dimitri Razumnı 18 il, Samir Zeynikov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Samir Zenyukov Rusiya vətəndaşıdır. Qətl hadisəsi ötən il aprelin 30-da Səbail rayon Neftçilər prospektində mənzildə baş verib. Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razumnı ilə bir evdə yaşayıb.

İttihama görə, səfil həyat tərzi sürən şəxslər tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Yeyib-içdikdən sonra Samir Zenyukov Yelena ilə cinsi əlaqədə olmaq istəyib.

Rəsmi ittihama görə, mərhum Yelena buna etiraz edib və evin dəhlizinə çıxıb. Samir Zenyukov da Yelenanın arxasınca dəhlizə çıxaraq onun baş və bədən nahiyələrinə yumruq və təpiklə vurub.

Dmitri Razumnı da bu qətldə ona görə ittiham edilir ki, o, dostu Samirə kömək edərək qadını döyərək soyundurub və divana uzadıb. Bu zaman qadın özündən gedib. Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edib və yatıb.

İttihama görə, gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi əlaqə olmaq istəyib. Amma bu zaman qadının öldüyünü bilib. O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirərək evdən çölə çıxarıb həyətə qoyublar.

Yelena Sandrandinovanın meyiti sakinlər tərəfindən aşkarlanıb və polisə məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razumnı həbs edilib.

Qeyd edək ki, təqdirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə) , 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6 (zorlama ilə adam öldürmə), 120.2.9 (köməksiz vəziyyət olan şəxsi öldürmə), 29.149.2.1 ( bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4 (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1 (sexsual xarakterli hərəkət törətmək), və 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilirlər.

Məhkəmədə ifadə verən şəxslər özlərini təqsirli bilməyiblər. Söyləyiblər ki, Yelena Sandrandinova evdən çıxdıqdan sonra onun meyitini qapının qarşısında görüblər.

Kriminal

Nəşr edilib: 2018/01/17 11:47

Baxış: 235


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06