Bakıda Qazaxısan vətəndaşı 30 yaşlı qadını zorlayıb
Paytaxtda 30 yaşlı qadını zorlamaqda təqsirli bilinən Loktionov Ruslan Oleqoviç Bakı Apellyasiya Məhkəməsinə şikayəti edib.“Ölkə.Az” xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Əmir Bayramovun sədrliyi ilə avqust ayının 8-də keçiriləcək.
Qeyd edək ki, hadisə yanvarın 15-dən 16-na keçən gecə saat 01:00 radələrində Nəsimi rayonu ərazisində baş verib. Naməlum kişi gecə işdən evə gələn qadına hücum edib. Oğlan qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb.
Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. Polislər qadının qışqırıq səsini eşidərək onun köməyinə qaçıblar. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar. Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub. Ruslan Loktinova qarşı cinayət məcəlləsinin 149.2.4-cü maddəsi ilə ittiham elan edilib.

