Bakıda qeyri-adi yer: Bura hər kəs üçün deyil… – FOTOLAR

İnsanlar restoranlara və bu kimi məkanlara üz tutarkən onlara xidmət göstərilir. Məhz göstərilən xidmətə görə, məkanların keyfiyyətinə qiymət verilir.

Bu yazımızda fəaliyyəti ilə digər iaşə obyektlərindən fərqlənən kafe barədə söhbət açacağıq. Buranın özəlliyi ondan ibarətdir ki, müştərilərə ənənəvi xidmət göstərilmir. Kafeni fərqləndirən cəhəti insanların sözügedən məkanda özlərinə qulluq etməsidir.

Minval.info-nun əməkdaşı Bakıda fəaliyyət göstərən “Apartment Time” Kafe-də olub. Obyektin sahiblərindən biri Murad Qurbanov saytımıza bildirib ki, burada müştərilər vaxta görə pul ödəyirlər: “Təxminən 2 ildir bu kafe fəaliyyət göstərir. Bura adi restoranlardan fərqlənir. Bizdə yerlər zonalara bölünüb. Ümumi, cinema və siqaret çəkmək üçün otaqlar var”.

M.Qurbanovun sözlərinə görə, kafenin əsas prinsipi müştərilərin burada özlərini rahat hiss etmələridir: “İnsanlar istər stolüstü oyunlar, istərsə də “Playstation” oynamaqla istirahət edə bilərlər. Bizdə pulsuz və ödənişli menyular mövcuddur. Məsələn çay, qəhvə, şirniyyatlar pulsuz menyuya daxildir. Buna heç bir limit qoyulmayıb. Müştərilər pulsuz menyudan yararlanmaq istəyərkən mətbəxə yaxınlaşıb özlərinə çay və ya qəhvə süzə bilərlər. Həmçinin şirniyyatlardan da götürməkdə sərbərstdirlər”.

Müsahibimiz kafenin fəaliyyətinin saat 12.00-dan başladığını deyib: “Obyekt kiçik biznesə aid olduğundan bəzi məhdudiyyətlər var. Kafenin səhər saatlarından işləməsi effektiv nəticə vermir. Əgər işə tez başlasaq işçi sayı çox olmalıdır. Bu da xərclərin gəlirlərdən artıq olmasına səbəb olur. 8-12.00-dək müştərilər az gəldiyindən iş qrafikini belə müəyyənləşdirmişik”.

“Hər biznesin öz müştəriləri var. Məsələn, çayxanaya gedənlər 5 manat pul verib bütün gün orada əyləşə bilərlər. Bizdə fərqli olduğundən bəziləri buranı bəyənmir. Belə müştərilər özünə qulluq etməyi deyil, onlara xidmət göstərilməsini istəyir. Bizim kafeyə isə əsasən 18-40 yaş arasında olan və kreativ insanlarlar gəlir” – Murad bəy bildirib.

Murad Qurbanov məkanın qiymətləri ilə bizi tanış edib: “Ümumi zalda əyləşmək istəyən müştəri birinci saat üçün 4 manat ödəməlidir. İkinci saat isə bir nəfər üçün 3 manatdan hesablanır. Cinema otağının qiyməti 10 nəfərə kimi birinci və ikinci saat 15 manat, qalan saatlar isə 8 manata bərabərdir. Burada karaoke, proyektor, böyük səsgücləndiricilər var. Əgər 10 nəfərdən çox olarsa, o zaman hər gələn müştəriyə görə əlavə 2 manat ödənilməlidir. Oyun zallarında da qiymətlər həmçinin cinemada olduğu kimi eynidir”.

Burada eyni zamanda musiqi alətləri var ki, müştərilər bunlardan istifadə edə bilər. Ümumiyyətlə, burada insan özünü lüks bir evdəki kimi hiss edir. Təbii ki, lüks şərait heç vaxt ucuz olmur.

Samir Mirzə

Minval.info

Foto, Maraqlı

Nəşr edilib: 2018/02/07 18:47

Baxış: 1731


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06