Bakıda ər arvadını vəhşicəsində döyərək xəstəxanalıq etdi
Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyülüb.
Minval.info Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci məhəllədə qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Aysel gecə saatlarında əri tərəfindən döyülüb. Ağır xəsarətlər alan qadın yaxınları tərəfindən 1 saylı Klinik Xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, A.Məmmədova kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alıb.
Hazırda qadın palatadadır və müalicəsi davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

